İlham Əliyev YAP-ın prezidentliyə namizədi olacaq
13:06 25-07-2012
İQTİSADİYYAT
İlham Əliyev YAP-ın prezidentliyə namizədi olacaq
Son bir ay ərzində 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı ciddi müzakirələr artıq başlayıb. Bu aktivlik həm müxalifət, həm də hakimiyyət düşərgəsində hiss olunmağa başlayıb. Hazırda müxalifətin ciddi problemi vahid namizəd məsələsindədir. Bu məsələyə görə müxalifət demək olar ki, artıq bir neçə yerə parçalanıb. Bir qism iddia edir ki, vahid namizəd məsələsi artıq müzakirəyə çıxarılmalı və indidən müxalifət bu problemi həll etməlidir.
Amma bir qrupda hesab edir ki, bu gün vahid namizəd məsələsinin müzakirə olunması müxalifəti zəiflədəcək, hətta İctimai Palata buna görə parçalana da bilər. Qeyd edək ki, hazırda vahid namizəd seçimini əsasən AXCP sədri Əli Kərimli ilə, Müsavat başqanı İsa Qəmbər arasında müəyyənləşdirmək istəyirlər. Amma parçalanma təhlükəsini nəzərə alaraq mücərrəd vəziyyəti saxlayıblar. Bunun nə qədər davam edə bilməsi isə hələ ki, aydın deyil. Aydın olan budur ki, birlik əvəzinə parçalanma daha da sürətlənməyə başlayıb. Bunun nəticəsidir ki, Milli Müqavimət Hərəkatı 2 gün öncə parçalandı. Hazırda İctimai Palata daxilində də belə bir gərginlik var və payız aylarında bu qrumda ömrünün sonunu yaşayacaq. Beləcə müxalifət seçkilərə yenə də dağınıq şəkildə gedəcək. Bu arada dövrü mətbuatda belə fikirlər də səsləndirildi ki, hakimiyyət düşərgəsi də prezident seçkilərində müəyyən dəyişikliklər etməyə çalışır. Hətta belə fikirlər səsləndirildi ki, prezident İlham Əliyev bu seçkilərdə iştirak etməyəcək və bu dəfə hakimiyyətin namizədi Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev olacaq. Fikir isə bununla əsaslandırılırdı ki, qərb və ABŞ İlham Əliyevin üçüncü dəfə prezident seçkilərinə qatılmasına yaxşı baxmayacaq və bu səbəbdən Rusiya variantına üstünlük veriləcək. Amma deyilənlər Yeni Azərbaycan Partiyası tərəfindən qətiyyətlə təkzib edildi.
Prezident İlham Əliyevin namizədliyi nəinki partiyanın 600 min üzvü, eyni zamanda xalqın əksəriyyəti tərəfindən dəstəklənir. Hakim Yeni Azərbaycan Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədinin partiyanın sədri, hazırkı Prezident İlham Əliyev olacağını bəyan edib.
"Mən belə hesab edirəm ki, bir sıra mətbuat orqanları YAP-ın namizədi məsələsi ilə bağlı təxribatla məşğuldur. YAP-ın namizədi Azərbaycan xalqının ürəyincə olan bir namizəddir. Dəfələrlə bəyan etmişik ki, YAP-ın sədri, Prezident İlham Əliyevin namizədliyi nəinki partiyanın 600 min üzvü, eyni zamanda xalqın əksəriyyəti tərəfindən dəstəklənir", - bunu YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Bunun da ciddi əsaslarının olduğunu deyən Əhmədov qeyd edib ki, bu əsasların kökündə o dayanır ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf mərhələsini yaşamaqdadır, uğurlu xarici siyasət yürüdülür.
YAP-ın qurultayının nə zaman olacağı ilə bağlı suala cavabında isə Əhmədov deyib ki, 2013-cu ilin payızında prezident seçkisi keçiriləcək və buna uyğun olaraq YAP özünün qurultayını keçirməyi planlaşdırır ki, seçki ərəfəsində müəyyənləşdirdiyi namizədi rəsmi şəkildə irəli sürsün.Ekspertlərdə hesdab edir ki, bu gün hakimiyyət kifayət qədər mərkəzləşmiş şəkildədir və belə olan halda İlham Əliyevin prezident seçkilərinə qatılmasına heç bir problem yarana bilməz. O, ki qaldı xarici qüvvələrə mütəxəssislər bildirir ki, bu gün cəmiyyət İlham Əliyevə alternativ heç kimi görmürlər. Əgər alternativ yoxdursa qərb və ya ABŞ heç bir başqa addım ata bilməz. Bunu da qeyd edək ki, son bir ildə prezident İlham Əliyev ölkədə həyata keçirtdiyi bir sıra kadr dəyişiklikləri ilə cəmiyyətin diqqət mərkəzində qalmağı bacardı və bu gün İlham Əliyevin seçkilərdə çətinlik çəkmədən qələbə qazanmasına heç kimdə şübhə yoxdur. Buna görə də Azərbaycanın Rusiya variantını seçməsinə ehtiyac yoxdur. Bundan başqa, Rusiya qanunvericiliyinə görə bu ölkədə bir şəxs üst-üstə iki dəfədən artıq prezident seçilə bilməz. Buna görə də başqa varianta üstünlük verildi. Amma Azərbaycan qanunvericiliyinə, konstitusiyasına görə belə bir məhdudiyyət yoxdur və prezident İlham Əliyevin yenidən seçkilərə qatılması tam qanunauyğun bir prosesdir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40