X saatı: İsrailin İranın nüvə obyektlərinə zərbəsi...
13:09 25-07-2012
İQTİSADİYYAT
X saatı: İsrailin İranın nüvə obyektlərinə zərbəsi...
İsrail politioloqları: "Belə çıxır ki, biz İranla təkbətək qalırıq. Duel meydanında olduğu kimi..."
Ötən yaxın aylarda XX əsrin sonunda planetdə baş verən proseslər barədə olduqca maraqlı bir kitab oxuyurdum. Ötən illərin 80-ci illərində qələmə alınmış bu kitabın müəllifi bütün dinlərin bizlərə vəd etdiyi Qiyamət Günü barədə danışanda bildirirdi ki, həmin gün ərəblərlə yəhudilərin müharibəsi nəticəsində başlaycaq. Müəllif fikrini bununla əsaslandırırdı ki, ərəbləri ruslar, yəhudiləri isə amerikalılar müdafiə edəcəklər və bu qayda ilə III Dünya Savaşı başlanacaq.
Müəllifə görə, həmin ehtimal edilən müharibənin ən qorxulu tərəfi bundan ibarət olacaqmış ki, tərəflər nüvə silahından istifadə edəcəkmişlər. Nüvə silahının işə düşməsi ilə planetar miqyasda ekoloji fəlakt başlayacaq, Yer kürəsini bürüyən nüvə dumanı sayəsində planetdə yüksək dərəcədə istilik yaranacaq, qütblərdəki buzlaqlar əriyəcək və planeti su basacaqmış. Və sonra qəflətən buzlaşma mərhələsi qeydə alınacaqmış.
Müəllif bu senarinin baş tutmamasını keçmiş SSRİ-nin dağılması ilə izah edir...
Amma bu gün Yaxın Şərqdə baş verən hadisələri, bir-birinə meydan oxuyan İsraillə (ki arxasında Birləşmiş Ştatlar durub) İranın (onun da arxasında keçmiş SSRİ-nin varisi Rusiya və digər yandan da Çin durub) ədalarını müşahidə edəndə istər-istəməz həmin müəllifin gerçəkləşməmiş öz proqnozlarında həqiqət payının olduğunu düşünürsən.
Gerçəkləşməmiş həmin proqnozlardakı həqiqət payı da buindan ibarətdir ki, arxalarında amerikalılar olmaqla yəhudilər "səhnə"dəki yerlərində qalıblar, ərəbləri isə arxalarında ruslar və çinlilər olmaqla farslar əvəz ediblər...
Farslar açıq şəkildə rəsmən bəyan edirlər ki, "İsraili yerüzündən siləcəyik!"
Farsların bu məramlarına çatmaq şanslarının nə dərəcədə real olmasını dartışmadan qeyd edək ki, hadisələrin gedişi göstərir ki, farslar zarafat-zad eləmirlər və bu istiqamətdə ciddi hazırlıq görürlər. İranın bir neçə aydanbir yeni silahları sınaqdan keçirməsi (həm də nümayişkaranə şəkildə!) bu hazırlığın sistemli və müntəzəm şəkildə getdiyindən xəbər verir.
Tarixboyu başı olmazın bəlalarını çəkmiş yəhudilər isə bu təhdiddən əməlli-başlı qorxuya düşüblər və birinci növbədə Birləşmiş Ştatlardan, sonra isə sivil dünyadan imdad umurlar...
Dünya dövlətləri isə öz işlərindədirlər və İranın "İsraili yerüzündən siləcəyik!" təhdidlərini çox da ciddiyə almır.
İsrailin başbilənləri isə dünyanın onu İranla təkbətək qoyduğub bu seyt-not vəziyyətində ciddi müzakirələrə başlayıblar.
Belə ki keçən ay Təl-Əviv universitetinin Milli Təlükəsizlik Tədqiqatları İnstitutunun direktoru, İsrail hərbi kəşfiyyatının (AMAN) keçmiş rəhbəri Amos Yadlin sözügedən problıemlə bağlı mühazirə ilə çıxış edib. O, xüsusi olaraq qeyd edib ki, nəhayət, İranın nüvə məsələsi barədə qərar qəbul ediləndə İrana hərbi zərbə endirilməsi yəhudi dövlətinin təhlükəsizliyi baxımından daha yaxşı olar və İranın silahlanmasında atom bombası daha az təhlükə mənbəyi ola bilər.
Bənzər mövqeyi İsrailin baş naziri Binyamin Netenyahu da tutur. Amma bu o demək deyil ki, onların qətiyyətini hamı məftunluqla alqışlayır: milli təhlükəsizlik aparatının rəhbərlyindəki önəmli fiqurlar İranla hərbi qarşıdurma ideyasını açıq şəkildə bəyənmədiklərinin bildirirlər. Belə demək mümkünsə, bu "daxili müxalifətə" İsrailin siyasi kəşfiyyatı olan Mossadın keçmiş başçısı Meir Daqan başçılıq edir.
O dəfələrlə xəbərdarlıq edib ki, İrana qarşı hərbi ssenarinin tətbiqi İsrailə çox baha başa gələ bilər: nəticələrini öncədən söyləmək mümkün olmayan genişmiqyaslı regional müharibə. Və İranı "hərbi kötəkləmə" niyyətinə yetərincə saymazlıqla yanaşıb bunu bu kontekstdə digər məsələlərlə yanaşı olduqca axmaq fikir adlandırıb.
İsrailin ümumi təhlükəsizliyi xidməti olan ŞABAK-ın keçmiş rəhbəri Yuval Diskin xüsusi xidmətlərdəki həmkarlarına qoşulub. O, Binyamin Netanyahuya və müdafiə naziri Ehud Baraka inamsızlığını açıq şəkildə ifadə edir.
Nazirlər kabineti başçısının müavini, İsrailin strateji planlaşdırma naziri Moşe Yaalon Yadlinlə bütün məsələlərdə həmfikirdir.
General "Haaretz" qəzetinə verdiyi müsahibədə qeyd edib: "Ağlasığmaz qiyməti ödəməyə hazırıq, amma İrana imkan vermərik ki, hücum xarakterli nüvə silahına malik olısun. Bu mənə gün kimi aydındır.
Qədim saatlardakı qum axını durmadan axır: vaxt gedir".
General bu müsahibəsində təkcə İrana ilişməyib. O, Fələstin kimi "dəyərsiz" bir problemə də toxunub və əmin olduğunu bildirib ki, "Ərəblər heç zaman bir alyansda birləşə bilməyəcəklər. Onların İsrailə qarşı fəaliyyətində müvəffəqiyyət şansı böyük deyil. Axı biz kiminlə vuruşacağıq? Mən sərhədlərimizin yaxınlığında təpədən dırnağa qədər silahlanmış ərəb qoşunlarını görə bilmirəm. Və onları heç gələn il də və yaxın gələcəkdə də görmürəm".
General Yaxın Şərqdə meydana çıxan islamlaşma tendensiyasına əl yelləyərək iddia edib ki, İsrailin sərhədləri qala kimidir və sülh, güvənlik içindədir. Beləliklə, Yaalon üçün İsrailə ən real təhlükə İran İslam Respublikasından görünür.
Nazir işgüzar şəkildə və əda ilə mühakimə yürüdür: "Farslar bizə raket zərbələri ilə əks-hücum təşkil edə bilərlər. Yəqin ki, Livanın güneyindəki şiələr - Allah Partiyası onlara dəstək verəcək, Qəza sektorundakı radikal islamçılar da bir kənarda qalmayacaqlar. Dediklərimin hamısı yüksək dərəcədə mümkündür və biz gecə-gündüz yüksək döyüş hazırlığı vəziyyətində olmaqla ayıq-sayıq olmalıyıq".
Professor Zaki Şalom bununla bağlı qeyd edir ki, təhlükəsizlik problemlərinin tədqiqatları İnstitutunun təşkil etdiyi bu konfransda iştirak edənlərin hər biri "İranınn nüvə dosyesini bizim, məhz bizim bağlamalı olacağımızın başqa yolu omayacağı barədə fikir söylədi. Və alim kinayə ilə deyir: "Sıfır, yaxud X saatı durmadan yaxınlaşır. Artıq regional miqyası aşmış bu probelmi niyə biz həll etməliyik?".
Ona etiraz edirlər: İrana qarşı intensiv iqtisadi təsirlər göstərilir, onun bütün daxili infrastrukturunu məhv etməyə və onun iddialı nüvə layihəsini sarsıtmağa qadir olan sərt sanksiyalar tətbiq edilir. Amma Tehran bir qarış da geri çəkilmir. Bütün danışıqları batırır. Milli qürur, şərəf və rəşadət predmeti olmuş nüvə proqramı İran cəmiyyətinin bütün təbəqələrini - hakim rejimi, hərbçiləri, müxalifəti, klerikalları birləşdirib.
Dünya dövlətləri işə qarışmır. Yəqin, güman edirlər ki, bir halda ki İran tezliklə İsraili "dünyanın siyasi xəritəsindən silməklə hədələyir", qoy o da qollarını çırmalasın. İsrail politioloqları isə düşünürlər: belə çıxır ki, biz İranla təkbətək qalırıq. Duel meydanında olduğu kimi.
İsraildə önləyici zərbə niyə belə cazibədardır? Təkcə ona görə yox ki, bir məsəldə deyildiyi kimi, "İlk zərbə - qələbənin yarısıdır". Amma bu günki tarixi şərait tamamilə başqadır.
Zaki Şalomun sözlərinə görə, Ağ Ev daha çox yaxınlaşmaqda olan prezident seçkiləri ilə məşğuldur, administrasiya əməliyyatı heç olmasa, mənəvi baxımdan da dəstəkləmək meyli nümayiş etdirmir.
Bununla belə, vaxt əldən buraxılıb. Deyək ki, iki-üç il əvvələ nisbətən bu gün İrana zərbə endirmək xeyli dərəcədə mürəkkəbləşib. Vaxt, həqiqətən də, gedir, amma geri: artıq zaman amili İsrailin müttəfiqi deyil. Həm də sabah İrana zərbə endirmək barədə siyasi qərar qəbul edilsə, bu missiyanın icra edilməsi hədsiz dərəcədə çətin olacaq.
Barakın fikrinə görə, "Əgər İrana zərbə endirmək dəfedilməzdirsə və bu labüddən yaxınlaşırsa, bu gün tələsməsək, İranın neft sahələrində beynəlxalq protektoratın yaradılması sayəsində bu ərazilərin İran üçün bufer zonaya çevrilməsi təhlükəsi olduqca realdır".
Amerika qoşunlarının İraqdan çıxarılmasından sonra İranın regionda hegemonluq etməsinə heç nə mane ola bilməz. Vaşinqton bunu dərk edir, hətta bununla barışmağa hazırdır. Az qala təəssürat yaranır ki, amerikalılarla iranlılar arasında gizli bir sövdələşmə var: biz göz yumacağıq, regionda ağalıq edin, amma qırmızı xətti keçməyin.
Lakin belə bir vəziyyət Vaşinqtona təzyiqi dayandırmayan İsraili, çətin ki, qane edə. Bu uzanmaqda olan sıçan-pişik oyunlarından yorulmuş amerikalılar Yaxın Şərqdəki tərəfdaşlarını inandırmağa çalışır və söhbət qabaqlayıcı zərbədən gedəndə əllərini yelləyirlıər.
Bəlkə, keçib gedər?...
Yoxsa artıq X Günü təyin edilib və müharibənin astanasındayıq?
Vaxt gedir...
P. S. Bu əcaib durumun əcaib qəribəliyi ondan ibarətdir ki, hər iki xalqda - həm yəhudilərdə, həm də farslarda bir-birlərinə qarşı anlaşılmaz, qavranılması və dərk edilməsi insan əqlinin və psixologiyasının hüdudlarından kənara çıxan bir nifrət var. Bəs bu haradan qaynaqlanır?
Çətin sualdır...
Görəsən, başında "islami" liderlərin durduğu İran dövləti Allahın yaratdığı bir xalqı, yəni yəhudiləri Qurani-Kərimin hansı aysəinıə isnadən məhv edəcək?
Və görəsən, Qurani-Kərim nə vaxtdan bəşəri cinayətə haqq qazandıran hüquqi alət olub?
Və görəsən, özünü düyanın ən qədim və seçkin xalqı hesab edən yəhudilər son 50 il müddətində ərəblərə niyə bu qədər insanlıqdankənar divanlar tuturlar?
Bəlkə, biz bilmirik, bunu "Tövrat" və ya "Zəbur" hökm edir?
Dünyaya üç böyük din - musəviliyi, xristianlığı və İslamı bəxş etmiş bu əmiuşaqları nəyi bölə bilmirlər?
Və əgər din sahibləri olan bu xalqlar nəyisə bölə bilmirlərsə, yerdə qalan biz qara bəndələr önların dinlərini niyə bölüşməliyik?
Savalan
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40