Xəbər verdiyimiz kimi, bu ilin may ayından Azad Azərbaycan telekanalında yayımlanan "ATV səhər proqramının fəaliyyəti dayandırılıb. Proqramın bağlanmasına səbəb Turan İbrahimlinin millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadəni tənqid etməsi əsas gətirilirdi. Bu arada sosial şəbəkələrdə Turan İbrahimovun ATV-dən uzaqlaşması və sentyabr ayından fəaliyyətini başqa kanalda davam etdirəcəyi iddia olunur.
Məsələ ilə bağlı Unikal.org-un əməkdaşı Turan İbrahimovun özü ilə əlaqə saxlayıb. Aparıcı bildirib ki, onun ATV-də fəaliyyətini dayandırması ilə bağlı deyilənlər yalandır:
"Əvvala qeyd edim ki, hazırda ATV-nin İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr departamentinin və ATV "Səhər proqramının rəhbəriyəm. İlk dəfə sizin vasitənizlə bəyan edirəm ki, sentyabr ayından ATV "Səhər verilişi yenidən ekranlarda olacaq. Proqram qaldığı yerdən fəaliyyətini davam etdirəcək. ATV "Səhərin dekorasiyasından tutmuş, formatına qədər hər şey olduğu kimi yenidən tamaşaçların ixtiyarına veriləcək. Təbii, hər zamankı kimi verilişin aparıcısı və müəllifi özüm olacağam.
T.İbrahimov əlavə edib ki, artıq ATV "Səhərin anonsu da hazırdı və yaxın günlərdə nümayiş olunacaq.
Zaurə Əmirova