Sosial şəbəkələrdə Azərbaycan Hava Yollarının xüsusi geyimində bir gəncin Bakı üzərindən uçan təyyarədə pəncərədən başını çıxararaq selfi çəkməsi sosial şəbəkələrdə geniş rezonans doğurub. Sosial şəbəkədə istifadəçilərinin bir qismi bu fotonun həqiqət, digər qismi isə fotomontaj olduğunu iddia edir.
Məsələ ilə bağlı Azərbaycan Hava Yolları QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Unikal.org-a bildirib ki, haqqında bəhs edilən görüntü fotomontajdır. "Necə ola bilər ki, təyyarə sürətlə hərəkət etdiyi zaman pilot başını pəncərədən çıxarsın? Mənə bu barədə deyil, daha ciddi suallar versəniz yaxşı olar.
Fotosu yayılan pilotun AZAL-ın işçisi olub olmaması ilə bağlı da P.Kəsəmənski münasibət açıqlayıb: "Bunu dəqiq deyə bilmərəm. Bu məsələ araşdıma mövzusudur. Hələlik vaxtım yoxdur. Zamanım olan kimi mən müvafiq şöbələrə bununla bağlı müraciət edəcəyəm. Əgər, mənə cavab verilsə, bu informasiyanı Sizinlə bölüşəcəyəm.
Həsən Babayev