Bu gün Türkiyədə Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü qeyd edilir. Bununla bağlı Türkiyənin Azərbaycandakı səfirliyində tədbir təşkil olunub.
Unikal.org bildirir ki, mərasimdə diplomatik nümayəndəliklərin rəhbərləri, ictimasi-siyasi xadimlər, siyasi partiyaların təmsilçiləri və media mənsubları iştirak edirlər.
Tədbirdə diqqət çəkən məqam AXCP sədri, Əli Kərimlinin və Cəmil Həsənlinin Rusiyanın Azərbacandakı səfiri Vladimir Doroxinlə birgə söhbətləşərək Türkiyə səfirliyinin həyətinə daxil olmasıdır. Cəmil Həsənli ilə Rusiya səfiri arasındakı səmimi söhbət diqqət çəkən məqamlardandır.
Fotoları təqdim edirik: