Azərbaycanı ittiham edən hesabat
13:10 25-07-2012
İQTİSADİYYAT
Azərbaycanı ittiham edən hesabat
Bu əslində siyasi oyunun davamıdır
Azərbaycan bu dəfə də BMT-in deyəsən hədəfinə gəlib. Belə ki, Azərbaycan silah alma qaydalarında pozuntulara görə ittiham edilir.
Azərbaycan nəzərdə tutulan 220 tank yerinə 381 tanka, 285 artilleriya silahının əvəzinə 518 və 220 ədəd hərbi zirehli maşın yerinə 287 zirehli maşına sahibdir
BMT baş katibi Ban Kİ Munun "Regional və qeyri-regional səviyyələrdə adi silahlandırmalara nəzarət" adlı yeni hesabatı dərc olunub. Hesabatda Cənubi Qafqazda silahlandırma ilə bağlı situasiya təqdim olunub: "Avropada adi silahlandırma ilə bağlı müqavilənin fundamental rolu və əhəmiyyəti xüsusən Cənubi Qafqazda artıb, harada ki, Azərbaycan təhlükəli silahlanma yarışına başlayıb. Avropada adi silahlandırılmalar haqqında müqavilənin həyata keçirilməsi haqqında rəsmi informasiyaya əsasən, Azərbaycan, sayı müqavilə ilə məhdudlaşdırılan silahlanmanın 3 növü üzrə nəticələri keçib. Belə ki, Azərbaycan nəzərdə tutulan 220 tank yerinə 381 tanka, 285 artilleriya silahının əvəzinə 518 və 220 ədəd hərbi zirehli maşın yerinə 287 zirehli maşına sahibdir".
Hesabatda qeyd olunur ki, Azərbaycan ötən il artilleriya silahlarının sayını 47 ədəd, hərbi vertolyotların sayını 2, zirehli maşınların sayını isə 106 ədəd artırıb: "Azərbaycan hərbi büdcəsinin son illərdə əhəmiyyətli dərəcədə artımı, həmçinin daimi aqressiv ritorikası iki xalq arasında uçurumu və gərginliyi artırır və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqlar prosesini təhlükə altında qoyur. Bu xüsusda, Azərbaycanın ardıcıl olmayan siyasəti regionda inam və əməkdaşlıq atmosferini formalaşdırmağa çalışan Ermənistanın səylərinə hiss olunacaq dərəcədə təsir edir" .
Amma ekspertlər bu hesdabatı qərəzli və həqiqətə uyğun olmayan hesabat kimi qəbul edirlər. Nəyə görə? Gəlin məsələyə başqa konteksdən yanaşaq. Bu gün regionda Azərbaycan və Ermənistan münaqişəsi var və Azərbaycan işğal olunmuş torpaqlarına görə büdcədən bu qədər vəsait ayırır. Bəs Ermənistan nələr edir? Ekspertlər bildirir ki, bu gün Ermənistan Rusiya vasitəsi ilə sürətlə silahlandırılır və Ermənistanda mövcud olan hərbi baza əslində Ermənistanın nəzarətindədir və sabah münaqişə yenidən başlayarsa bu baza tam olaraq Ermənistanın ixtiyarında olacaq. Necə ki, Qarabağın işğalı zamanı Rusiya ordusu Ermənistana dayaq oldu. Bundan başqa artıq Rusiya Ermənistandakı hərbi bazasını iki dəfə böyütməyə başlayıb. Bu isə ümumilikdə regionda balansın pozulması deməkdir. Belə olan halda Azərbaycanı məhdud kvota ilə üz-üzə qoymaq nə qədər ədalətli addım olardı? Bundan başqa bu gün beynəlxalq təşkilatlar nədənsə işğal olunmuş Dağlıq Qarabağdakı Ermənistan hərbi birləşmələrini nəzərə almırlar. Halbu ki, Ermənistanın Dağlıq Qarabağdakı hərbi bazaları Ermənistandakı bazalardan belə çoxdur və onların böyük əksəriyyəti beynəlxalq nəzarətdən kənardadır. Bunu qeyd edək ki, bir neçə il öncə aydın oldu ki, Rusiyadan qeyri-qanuni olaraq Ermənistana bir milyard dollarlıq silah verilib. Amma o silahların sonrakı taleyi məlum olmadı. Çünki Ermənistan qeyri-qanuni yolla əldə etdiyi silahları məhz Dağlıq Qarabağda yerləşdirir. Beləliklə bütün bu resusları nəzərə alanda aydın olur ki, Ermənistan əslində Rusiyanın tam himayəsindədir və istənilən an Rusiya bu balansı Ermənistanın xeyrinə poza bilər. Digər maraqlı məqam isə belə bir hesabatın hazırlanması və indi gündəmə gətirilməsidir. Bunun isə ciddi siyası səbəbləri var. İlk növbədə ona görə ki, artıq ATƏT-in Minsk qrupu problemi həll etməkdə acizdir və aparılan danışıqlar heç bir nəticə vermədi. Ermənistan isə demək olar ki, hər gün aqressivliyini daha da artırır və bu regionda vəziyyəti gərginləşdirilir. Azərbaycan isə artıq konkret nəticələr tələb edir və beynəlxalq təşkilatları Ermənistana təzyiq etməyə çalışır. Buda aydındır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və Dağlıq Qarabağ problemini müzakirəyə çıxartmağa hazırlaşır. Bunun qarşısını almaq üçün isə beynəlxalq təşkilatlar Azərbaycana qarşı təzyiqləri artırmağa daha çox meyl edirlər və hesab etmək olar ki, bu hesabatda məhz bu məqsədlə edilib.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07