Rusiyanın Voronej vilayətində 28 avtomobil toqquşub.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası "Don avtomagistralının 631-ci kilometrliyində qeydə alınıb.

İlkin məlumata əsasən, qəzaya yük maşının sürücüsünün düzgün sürət rejimi seçməməsi səbəb olub. Qəza zamanı avtomobillərdən biri yanıb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alan 3 yaşlı uşaq isə xəstəxanaya yerləşdirilib.