Almaniyada İkinci Dünya Müharibəsindən qalma 2 tonluq bombanın yerin altından çıxarılması üçün 65 insan evindən təxliyyə olunub.

Unikal.org bildirir ki, bombanın olduğu ərazidə xəstəxanalar, çoxlu yaşayış evləri və Almaniyanın Mərkəzi Bankı yerləşir.

Vaxtilə ingilislərin atdığı bombanın partlaması nəticəsində bütöv bir qəsəbənin məhv edilə biləcəyi qeyd olunurdu. Bomba mütəxəssislər tərəfindən zərərsizləşdirilib.