Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqları dayandırmaq lazımdır.
Unikal.org xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Avstriya Xarici İşlər naziri Sebastiyan Kurts paylaşıb.
"Türkiyə ilə bağlı situasiya artıq Kopenhagen kriteriyalarına cavab vermir. Belə ki, üzvlüyə namizəd ölkə AB-nin şərtlərini yerinə yetirəcəyi ilə bağlı öhdəlik götürür, amma eyni zamanda özü AB dəyərlərindən uzaqlaşır - deyə o bildirib.