Yaponiya imperatoru Akixitonun nəvəsi, şahzadə Mako adi vətəndaş olan sevgilisi Key Komuro ilə rəsmi şəkildə nişanlanıb.
Unikal.org axsam.az-a istinadən xəbər verir ki, bu barədə cütlük mətbuat konfransı keçirərək elan ediblər. 25 yaşlı Mako nişanla bağlı təəssüratlarını "Məni Keyin parlaq təbəssümü cəlb etdi deyərək ifadə edib.
Yaponiya qanunlarına görə, Mako adi vətəndaşla ailə qurmağa hazırlaşdığı üçün bundan sonra "şahzadə titulunu və kral ailəsinə mənsubluğunu itirəcək. Mako bundan narahat olmadığını deyib:
"Mən uşaqlıqdan bilirəm ki, adi insanla ailə qurarkən statusumu itirəcəyəm. Şahzadə olduğum müddətdə kral ailəsinə imkanlarım çərçivəsində vəzifə öhdəliklərimi yerinə yetirdim. Ancaq şəxsi həyatım hər zaman mənim üçün daha qiymətlidir.
Xatırladaq ki, cütlüyün nişanı iyulun 8-nə planlaşdırılsa da, ölkədə baş verən qasırğa səbəbindən təxirə salınmışdı. Onlar 5 il əvvəl təhsil aldıqları universitetdə tanış olublar. Mako ilə Keyin toyu gələn il baş tutacaq. Toydan sonra Mako adi vətəndaş olacaq.