Özbəkistan Mərkəzi Bankı sentyabrın 5-dən milli valyutanın ABŞ dollarına məzənnəsini 1 dollar/8100 sum təyin edib.
Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Mərkəzi Bankından bildirilib.
Sentyabrın 4-də rəsmi məzənnə 1 dollara görə 4210, 35 sum təşkil edirdi. Əhali və fərdi sahibkarların istifadə etdiyi "qara bazarda dolların məzənnəsi 7,5-7,6 civarında idi.
Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev "Valyuta siyasətinin liberallaşdırılması üzrə prioritet tədbirlər haqqında" fərman imzalayıb.