Suriyada İŞİD silahlılarının avtomobil konvoyunu atəşə tutması nəticəsində iki Rusiya hərbçisi həlak olub.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə nazirliyindən bildirilib.

Məlumata əsasən, insident Deyr-ez-Zor əyalətində qeydə alınıb. Hərbçilərdən biri hadisə yerində ölüb, digəri isə xəstəxanaya çatdırıldıqdan sonra keçinib.