Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Myanmarın faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çji (Aung San Suu Kyi) arasında telefon danışığı olub.
Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan danışıq zamanı Myanmarda Arakan müsəlmanlarına qarşı insan hüquqlarının pozulması hallarının artdığını və bunun İslam ölkələri başda olmaqla, bütün dünyada narahatlıq doğurduğunu dilə gətirib. O, Türkiyənin həm terroru, həm də məsum insanları hədəf alan hərbi əməliyyatları qınadığını bildirib. Tərəflər böhranın həlli və bölgə əhalisinə humanitar yardımların çatdırılması məsələlərini müzakirə ediblər.
Türkiyə prezidenti problemin həlli üçün atılan bütün addımları dəstəklədiyini və bu müddətdə silahların yerə qoyulmasını və yerli əhalinin zərər görməməsi üçün həssas davranmaq lazım olduğunu vurğulayıb.