Rusiyanın İvantevka şəhərində şagird sinif yoldaşlarını və müəllimi güllələyib.

Unikal.org Rusiya mətbuatına istinaən xəbər verir ki, 1 saylı məktəbdə 2002-ci təvəllüdlü şagird pnevmatik silahdan sinif yoldaşlarına atəş açıb.

Nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılardan 3-ü şagird, biri isə müəllimdir. Hadisəni törətmiş gənc həbs edilib.