Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı terrorçuluqla məşğul olan cinayətkar qrupun başçısı məhv edilib.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, öldürülən şəxs bir neçə terror cinayətləri törətməkdə şübhəli bilinir.
Məlumata görə, əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb və bir mülki şəxs təsadüfən həlak olub.
"Cinayətkar təslim olmaq çağırışlarına məhəl qoymayaraq, atəş açıb. Nəticədə bir polis əməkdaşı yaralanıb, yoldan həmin an keçən mülki şəxs isə ağır yaralanaraq keçinib. Cavab atəşi ilə cinayətkar məhv edilib, - deyə antiterror komitəsindən bildirilib.