Ukraynanın eks-prezidenti Viktor Yanukoviçlə bağlı daha bir cinayət işi açılıb.

Unikal.org  xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Yuri Lutsenko informasiya yayıb.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 2010-cu ildə konstitusion çevriliş etməklə dövlət başçısının səlahiyyətlərini qanunsuz olaraq genişləndirməkdə günahlandırılıb. Bununla bağlı açılan cinayət içində eks-prezidentin vəzifə səlahiyyətlərini genişləndirərək, parlamentin ölkə idarəçiliyində rolunu aşağı salmağa çalışdığı bildirilib. Viktor Yanukoviçlə yanaşı keçmiş ədliyyə naziri Aleksandr Lavrinoviç də ittiham olunanlar sırasında yer alıb.

Qeyd edək ki, Viktor Yanukoviçlə bağlı daha əvvəl dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmışdı.