Tunisin baş naziri Yusif Şahed ölkənin Nazirlər Kabinetində nazirlərin tutduqları vəzifələri dəyişib.
Unikal.org-un məlumatına görə, bu barədə baş nazirin KİV-ə bəyanatında bildirilib.
Yerdəyişmələr 11 nazirə şamil olunub və ölkənin güc nazirliklərindən də yan keçməyib. Son qərara görə, Abdel Kərim əz-Zubeydi yeni müdafiə və Lütfi İbrahim isə yeni daxili işlər naziri olub.
Qeyd edək ki, Nazirlər Kabinetindəki yerdəyişmələr ölkə başçısı Beci Kaid əs-Sebsi ilə razılaşmadan sonra həyata keçirilib.