Rusiyanın Şimali Osetiya Respublikasında İŞİD-ə sədaqət andı içən 3 silahlı məhv edilib.
Unikal.org xəbər verir ki, bu barədə RİA Novosti Milli antiterror komitəsinə istinadən məlumat verib.
Məlumata əsasən, zərərsizləşdirilən silahlılar hüquq-mühafizə orqanları əməkdaşlarına hücum etməyi hazırlaşıblar. Hadisə yerində avtomatlar, qumbaralar və snayper tüfəngləri aşkarlanıb.
"Qısa müddətdə baş verən atışma nəticəsində cinayətkarlar zərərsizləşdirilib, məlumatda deyilir.