Rusiyanın Leninqrad vilayətində yerləşən poliqonda partlayış baş verib. 

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində bir hərbçi ölüb, beşi yaralanıb.

Hadisə tankdan planlaşdırılan atışlar zamanı baş verib. Mərmilərdən biri yerə toxunduqdan sonra istiqamətini dəyişib və mühəndis təminatı qrupunun altı hərbçisinin olduğu sığınacağın yaxınlığında partlayıb.

Hadisə yerində QHD-nin komissiyası işləyir.