ABŞ Hərbi-Hava Qüvvələri bu ilin avqustunda İŞİD terror qruplaşmasının 20-dən çox səhra komandirlərini Suriyanın Deyr əz-Zor rayonundan təxliyə edib.

Unikal.org-un xəbərinə görə, bu barədə "RİA Novostiyə hərbi-diplomatik mənbə bildirib.
"Vaşinqton "digər istiqamətlərdə təxliyə edilən silahlıların təcrübəsindən istifadə etməyi planlaşdırır, - deyə mənbə bildirib.
"Belə ki, avqustun 26-sı gecə saatlarında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus helikopter İŞİD-in Avropa mənşəli iki səhra komandirini ailələri ilə birlikdə Deyr əz-Zor şəhərinin şimal-qərbindəki Treyf rayonu yaxınlığından təxliyə edib, - deyə mənbə bildirib.

Bundan başqa, avqustun 28-də ABŞ helikopterləri Deyr əz-Zor şəhərinin cənub-şərqindəki Əlbü Leyl rayonundan İŞİD-in 20-dək səhra komandirini Suriyanın şimalına təxliyə edib.