Atlantik okeanı üzərində formalaşmış "Xose" qasırğasının gücü beş ballıq cədvəl ilə 4 bala çatıb.

Unikal.org-un məlumatına görə, qasırğa saatda 240 kilometr sürətlə Karib hövzəsinə yaxınlaşır. Qeyd edək ki, hazırda həmin bölgədə "İrma" qasırğası tüğyan edir.

Son məlumata görə, "İrma" qasırğası nəticəsində 16 nəfər həyatını itirib.

ABŞ-ın Mayami şəhərində isə "İrma" qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb.