İtaliyanın Piza şəhəri yaxınlığındakı Kaşina qəsəbəsinin meri Suzanna Çekkardi hər bir qadına kiçik gözyaşardıcı qaz balonları verməyi təklif edib.
Unikal.org-un məlumatına görə, bunun məqsədi qadınların cinsi zorakılığa qarşı müdafiə olunmasını təmin etməkdir.
Mer balonların alınması üçün vəsaitin ayrılmasını da tapşırıb.
Bundan başqa, sentyabrın sonlarında Kaşinada ödənişsiz özünümüdafiə kurslarının açılması planlaşdırılır.