"Facebookun yaradıcısı Mark Zukerberq 7 milyon dollara aldığı villanı "ağıllı evə çevirib.

Unikal.org azertag-a istinadən bildirir ki, gənc milyarder ailəsi ilə birgə öz evində sadə yaşamaqla yanaşı, bəzi ixtiralara da imza atıb.

Mark Zukerberqin innovasiya sisteminin hazırlanmasına tam 1 il vaxt sərf olunub. Onun yaratdığı sistem -"Carvis süni intellekti ailə üzvlərinin səs komandası vasitəsilə idarə edilir.

"Carvis mühüm görüşlərin vaxtının planlaşdırılmasında, adi səhər yeməyinin hazırlanması, uşaqların səhər tezdən oyadılmasında və digər cari işlərdə əvəzedilməz köməkçidir.