Ukraynanın Donetsk şəhərində mübahisə zəminində azərbaycanlını döyərəkağır xəsarət yetiriblər.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, xəsarət alan şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1977-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Şirbala oğludur.

Sentyabrın 8-də axşam saatlarında şəhərə daxil olan azərbaycanlı sürücü ilə yerli sürücülərdən biri arasında yol hərəkəti qaydalarına görə mübahisə yaranıb. Mübahisə zamanı digər avtomobildə olan iki nəfər azərbaycanlı sürücünütəhqir ediblər. Nəticədə əlbəyaxa dava düşüb. Məhərrəm Məhərrəmov onlar tərəfindən döyülüb. Onu döyən şəxslər hadisəyerindən qaçıblar.

M. Məhərrəmov Donetskdəki xəstəxanaların birinə yerləşdirilib ,vəziyyəti orta ağırdır.