Ermənistanın paytaxtı İrəvanın mərkəzində naməlum şəxslər bankomat partladıb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, cinayətkarlar 2 milyon dram (4,1 min dollar) məbləğində pulu oğurlayaraq hadisə yerindən uzaqlaşıblar.
İlkin araşdırmalara əsasən, bankomatın yaxınlığında qaz balonu partladılıb.