Rusiyanın Saratov şəhərində göyərtəsində 72 sərnişinin olduğu An-148 təyyarəsi təcili eniş edib.

Unikal.org-un məlumatına görə, bu barədə RİA "Novosti" regionun fövqəladə xidmətlərindəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Kirovdan Simferopola uçan təyyarənin tənzimləyicisi mühərrikin işləmədiyini göstərib.

Mənbənin sözlərinə görə, sərnişinlər nəzərdə tutulmuş məntəqəyə başqa reyslə çatdırılacaqlar.

Hadisənin səbəbləri araşdırılır.