Böyük Britaniya hökuməti ehtimal edir ki, İranın gizli dəstəyi Şimali Koreyanın nüvə proqramının sürətli inkişafına səbəb olub.
Unikal.org xəbər verir ki, bu iddia ilə "Telegraph nəşri öz mənbələrinə istinadən çıxış edib.
Nəşr bildirir ki, Böyük Britaniya XİN-i hazırda indiki və keçmiş nüvə ölkələrinin nüvə başlıqlarının hazırlanmasında Şimali Koreyaya yardım göstərib-göstərmədiyini araşdırır. Məsələ ondadır ki, hökumətdəki mənbələr Şimali Koreya alimlərinin bu sahədə müstəqil şəkildə irəliləyişə nail ola biləcəklərinə şübhə ilə yanaşırlar .
Yeri gəlmişkən, Şimali Koreyaya nüvə proqramının inkişaf etdirilməsində yardım göstərə biləcək ölkələrin siyahısında Rusiyanın da adı var.