NATO Şimali Koreyaya qlobal şəkildə cavab verməyin lazım olduğunu bildirib.
Unikal.org xəbər verir ki, təşkilat yaydığı açıqlamada Şimali Koreyanın həyata keçirdiyi hidrogen bombası sınağından sonra bu ölkəyə cavab verməyin vacibliyini vurğulayıb.
Açıqlamada Kin Çen hökumətinin "qlobal təhlükə olduğu yazılıb.
Qeyd edək ki, Şimali Koreya bir neçə gün əvvəl hidrogen bombasını uğurla sınaqdan keçirib. Rəsmi Pxenyanın bu addımı dünya ölkələri tərəfindən tənqidlə qarşılanıb.