Türkiyənin baş naziri Binəli Yıldırımın at belində səsləndirdiyi fikirlər mediada gündəm olub.

Unikal.org bildirir ki, Yıldırım Söyüt bələdiyyəsinin təşkil etdiyi Ərtuğrul qazinin anım mərasimində at belində görüntülənib. Baş nazir çıxışında bu fikiləri səsləndirib: "Alçaqlara Söyüt Meydanından səslənirəm, əsla qazana bilməyəcəksiniz. Bu şanlı bayrağı əsla endirə bilməyəcəksiniz".