Myanmanın Arakan vilayətində yaşayan müsəlmanların qurduğu Arakan Rohinca Qurtuluş Ordusu bölgədə müvəqqəti atəşkəs elan etdiyini açıqlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bir ay davam edəcək atəşkəs müddətində Arakana humanitar təşkilatlar və beynəlxalq müşahidəçilər dəvət edilib. Ordu yaydığı açıqlamada humanitar yardımların lazım olan bölgələrə çatdırılması üçün 10 sentyabr - 9 oktyabr müddətində atəşkəs elan edildiyini bildirib.
Qeyd edək ki, bir müddətdir Myanmanın Arakan ştatında yaşayan müsəlmanlar hökumət qüvvələri ilə buddist rahiblərin zülmünə məruz qalır.