Gürcüstanda axtarışda olan sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin olduğu avtobus Polşanın Ukrayna ilə sərhədində yerləşən "Şeqeni" beynəlxalq buraxılış məntəqəsinə gəlib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hazırda Ukrayna polisi "Şeqeni"yə gedən yolu bağlayıb.
Buraxılış məntəqəsində böyük növbə yaranıb.