Ermənistandakı Rusiya hərbi bazasında kütləvi dava baş verib.
Unikal.org shamshyan.com-a istinadən bildirir ki, hadisə ötən gecə saat 23.30-da Ermənistanın Gümrü şəhərində qeydə alınıb. Vətəndaşların müraciətindən sonra hadisə yerinə gələn polislər bədən xəsarətləri alan bir şəxsi aşkar ediblər. Polislər milliyətcə rus olan 26 yaşlı Yuri Nikolayevi Gümrü tibb mərkəzinə aparıblar.
Araşdırmalar zamanı məlum olub ki, mübahisə Rusiya vətəndaşları - 23 yaşlı V.Krasovski, 22 yaşlı V. Yudin, 26 yaşlı N. Qizatullayev və 26 yaşlı Y.Nikolayev arasında baş verib. Dava zamanı, Nikolyev bədən xəsarətləri alıb. Saxlanılan Qizatullayev Nikolayevi döydüyünü etiraf edib.
Dava edən şəxslərin Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında manqa komandiri vəzifəsində xidmət etdikləri bildirilir.