Türkiyəli yazar Fatih Sultan Karın kitabında "1980-ci il dövlət çevrilişi Ərdoğanın futbol karyerasına son qoydu" başlıqlı yazısı böyük marağa səbəb olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1960-1980-ci illər dövlət çevrilişi zamanı futbola böyük maraq göstərən Türkiyə prezidenti R.T.Ərdoğana çevrilişdən sonra saqallının qırxılması üçün böyük təzyiqlər göstərilib. "Ya saqqalını kəsərsən, ya da istefa verərsən" təzyiqlərinə dayana bilməyən Ərdoğan istefa ərzisini yazaraq futboldan ayrılıb.
Qeyd edək ki, saqqalı səbəbi ilə futboldan ayrılmaq məcburiyyətində qalan Ərdoğanın yaxın zamanlarda hətta Türkiyənin ən böyük klublarından biri olan Fenerbaxçeyə transfer olması da gündəmdə idi. Lakin O, saqqalına görə futbol karyerasına son qoyduqdan sonra siyasətə qoşulub.