Blokların sıradan çıxması başladı
13:29 27-07-2012
İQTİSADİYYAT
Blokların sıradan çıxması başladı
Növbə İctimai Palatadadır
KXCP sədri: "Prezident seçkiləri başlayan kimi Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının fəaliyyəti dayandırılacaq"
Artıq prezident seçkilərinə hazırlıqla bağlı tərpənişlər qabarıq şəkildə hiss olunmaqdadır. Qəribəsi və maraqlısı isə budur ki, ilk addımda müxalifətin vahid namizəd məsələsi gündəmə gəldi və bununla da müxalifət daxilində parçalanma imkanları artdı. Hazırda əsasən AXCP və Müsavat arasında bir gərginlik yaşanmağa başlayıb.
Sosial şəbəkələrdə artıq qarşılıqlı ittihamlar pik nöqtəyə çatıb və güman etmək olar ki, yaxın aylarda daha ciddi toqquşmaların şahidi olacağıq. Bununla paralel maraqlı hadisələrdən biri də budur ki, müxalifətin yaratdığı bloklarda sıradan çıxmağa başlayıb. Bu isə bir daha sübut edir ki, siyasi qüvvələr bir-birinə inanmır və apardıqları mübarizə sadəcə olaraq görüntü yaratmaqdan başqa nə isə deyil. Amma bu parçalanmanı açıq şəkildə etiraf edən də tapıldı.
- "Prezident seçkilərinə start verilən zaman Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının fəaliyyəti dayandırılacaq".
Bu açıqlamanı APA-ya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. M. Mirəlioğlu deyib ki, prezident seçkiləri zamanı hər partiya öz işi ilə məşğul olacaq: "Öncədən razılaşdırılıb ki, seçki zamanı bir-birimizə qarşı qara piarla məşğul olmayaq. Ümumiyyətlə, hərəkatın prezident seçkisi ilə bağlı bu mövqeyi parçalanma deyil".
M. Mirəlioğlu qeyd edib ki, hərəkat birmənalı şəkildə vahid namizəd məsələsini kənara qoyub: "Bu qurumun formalaşmasında ortaya qoyulan əsas məsələ ölkədə demokratik cəmiyyətin qurulması ideoloji xəttidir. Bu səbəbdən də hərəkatda vahid namizəd məsələsi arxa plana keçib. Hətta namizədlə bağlı məsələnin səsləndirilməsi fikrinin müzakirəsinin mümkünsüzlüyü qeyd olunub. Ümumiyyətlə isə prezident seçkiləri ilə bağlı bir çox partiyalarla söhbətlər aparılıb. ADP, Ümid Partiyası, VİP, ALP, bilavasitə Lalə Şövkətlə olan söhbətlərimizdə bu məsələ ciddi müzakirə olunub. Adıçəkilən partiyalar arasında ilkin fikir ayrılığı da prezident seçkisində namizədin müəyyənləşdirilməsi məqamı ilə bağlı olub". əslində Mirmahmud Mirəli oğlu bununla başqa bir problemi də ortaya çıxarıb. Bu nədən ibarətdir? Bu gün müxtəlif bloklar yaradan partiyalar əslində üzərlərinə müəyyən öhdəliklər götürür və daha sərbəst fəaliyyətlərinin qarşısını elə özləri alırlar. Götürək elə Milli Müqavimət Hərəkatını. Bu hərəkatda aparıcı tək partiya varsa o da Klassik Xalq Cəbhəsi Partiyasıdır. Amma digər blok üzvü olan partiyalar sadəcə olaraq bir sədr və bir portifeldən ibarətdilər. Nə fərqli siyasi baxışları, nə ideologiyaları, nə də sosial bazaları, nədə cəmiyyətdə nüfuzları var. Belə olan halda KAXCP hansı əsaslarla adı olub, özü olmayan partiyalar qarşısında öhdəliklər götürməlidirki?Burda yalnız bir maraq ola bilər. Bu isə cəmiyyətdə bir fikir formalaşdırmaqdır ki, yeni güc mərkəzi var. Amma bu artıq özünü doğrultmur. Çünki tətbiq olunan bu sistem iflasa uğradı və nəticə də müxalifət sosial bazasını genişləndirə bilmədi. Əksinə yaranan blokların sonradan parçalanmasına görə cəmiyyətdə müxalifətin bütövlüyünə inam daha da itdi. Bu gün İctimai palatanın dağılmasından qorxanlarında ehtiyat etdiyi əsas məsələ, bu inamı bir daha itirməkdir. Çünki son bir il ərzində müxalifətin ən böyük layihəsi kimi İctimai Palatanı cəmiyyətə təqdim etdilər və belə rəy yaradıldı ki, İctimai Palata hakimiyyətə alternativ bir gücdür. Hətta diplomatik korpus dəfələrlə bu qrumun aparıcı simaları ilə görüşlər keçirtdilər və belə rəy yarandı ki, həqiqətən İctimai Palata artıq Azərbaycanda nələrsə etməyə qadirdir. Beləcə süni şəkildə bir sabun köpüyü yaradıldı və bu gün müxalifət elə bunun girovuna çevrilib. Çünki artıq heç nəyə sahib olmayan İctimai Palatanı dağıtsalar cəmiyyətdə müxalifətin iflası fikri yaranacaq, dağıtmasalar isə bu sadəcə olaraq müxalifətin əli-qolu bağlı duruma düşməsi ilə tamamlanacaq. Amma müxalifət İctimai Palatanı dağıtmaqdan başqa da çıxış yolu tapa bilməyəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40