Son günlər avtomobillə hərəkət zamanı sürücü və sərnişinlərin danışmalarına görə məsuliyyətə cəlb edilməsi ilə bağlı sosial şəbəkələrdə əsassız olaraq qeyri-səmimi müzakirələr aparılır və yol hərəkəti haqında qanunda göstərilənlər təhrif edilmiş formada təqdim edilir, məsxərə olunur.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov deyib.

O, bildirib ki, mediada bir qrup şəxslərin bilərəkdən həqiqətə uyğun olmayan guya qanuna dəyişikliklərin edilməsi haqda yanlış informasiyalar yayması sürücü-polis münasibətlərinin gərginləşdirilməsinə, hərəkət iştirakçıları arasında çaşqınlıq yaranmasına səbəb olur.

"Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi, həmçinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dəfələrlə açıqlama verib. Bir daha bəyan edirik ki, qanunda hər hansı dəyişiklik edilməyib. Baş Dövlət Yol Polisi İdarəsi ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mövqeyi eynidir və bu məsələnin yenidən müzakirəyə çıxarılmasına ehtiyac yoxdur.