Bu gün səhər saatlarından "Bakı Metropolitenində sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər.
Unikal.org xəbər verir ki, məsələ ilə əlaqədar "Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, bu gün səhər saat 6-dan depodan gələn qataraların qəbulunda gecikmə olub, buna görə bir sıra problemlər yaşanıb. Buna görə səhər saatlarında qatarların sayı az olub. Amma problem tezliklə aradan qaldırılıb. Hazırda qatarlar arasında interval normaldır.