Azərbaycan Mətbuat Şurası Milli Şuranın oktyabrın 28-də "İnşaatçılar stansiyasının yaxınlığındakı keçmiş "Məhsul" stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.
Şuradan Unikal.org-a verilən məlumata görə, aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Media nümayəndələrinə öz işlərini sərbəst həyata keçirilmələri üçün hər cür şərait yaradılıb. Qrupun üzvlərinə bununla əlaqədar da hansısa narazılıq ünvanlanmayıb.
Lakin monitorinq qrupu aksiyanı işıqlandıran jurnalistlərin əksər hissəsinin üzərində "PRESS yazılmış xüsusi gödəkçələrdə olmadıqlarını qeydə alıb. Oxşar hal demək olar, bütün əvvəlki aksiyalar zamanı da müşahidə edilib.
Xüsusi gödəkçələrdə olmayan jurnalistlərə müvafiq tövsiyələr verilib.