Bu ilin 9 aydında Azərbaycana gələn və gedən əcnəbilərin dəqiq sayı məlum olub.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bildirib ki, 2017-ci ilin 9 ayı ərzində 2 072 076 halda 1 243 346 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 077 544 halda isə 1 241 005 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb.
Xidmət rəisi həmçinin deyib ki, DMX-yə Azərbaycan Respublikası ərazisində olma və yaşa-ma icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublika-sının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləş-dirilməsi ilə bağlı 66 min 828 müraciət daxil olub.