Lider TV-də yayımlanan "Status verilişinin canlı efirində gərgin anlar yaşanıb.
Unikal.org xəbər verir ki, gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub. Belə ki, D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.
O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib, Ziya Bünyadovun da bu sırada adını vurğulayıb. Lakin F. Mustafa bu mənbələrin "gop olduğunu deyib.
D. Əzimli isə onun bu ifadəni işlətməsinin "ayıb olduğunu dilə gətirib.
Fazil Mustafa Babəkin türk olmadığını iddia edib və tarixçini "savadsız adlandırıb.
D. Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib və "özünsən savadsız deyib.