Aprelin 28-də erməni silahlı birləşmələrinin Ağdamı ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunlar Çəmənli kənd sakinləri 1967-ci il təvəllüdlü Məmmədov Adil Muslu oğlu, 1996-cı il təvəllüdlü Qaraşova Şəbnəm Səyyad qızı və Məmmədov Elnurdur. Yaralılardan ikisi qəlpə yarası alıb. Hazırda yaralıların vəziyyətləri sabitdir, həyati təhlükə yoxdur.