"Malta Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır".
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu Maltanın xarici işlər naziri Corc Vela Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
C.Vela bildirib: "Biz qoşunların təmas xəttində vəziyyətin eskalasiyasından narahatıq və sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıyıq, hərbi fəaliyyətlər dayandırılmalıdır. Malta ATƏT-in Minsk qrupunu dəstəkləyir".