2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən unikal.org-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2018-ci il fevralın 12-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinetindəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr "Şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 12-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi formasını doldurur və təsdiq edir (etdirir).

8 fevral saat 14:00-a olan məlumata əsasən Azərbaycan bölməsi üzrə 4657, rus bölməsi üzrə 555, ümumilikdə 5212 nəfər elektron ərizəsini təsdiq edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin