Abunəçilərə yüksəkkeyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədilə aparılan təkmilləşdirmə işləri çərçivəsində "Nar Bakı metropoliteninin stansiyalarında 4G (LTE) xidmətini təqdim edib.

Unikal.org xəbər verir ki, LTE-Advanced xidmətinin təqdimatı, bölgələrdə 4G şəbəkəsinin təmin edilməsi və şəbəkənin daha da yaxşılaşdırılması istiqamətində atılmış digər addımlardan sonra metro stansiyalarının platformalarında da LTE şəbəkəsindən istifadənin mümkünlüyü "Nar abunəçilərinin ürəyincə olub.

Qeyd edək ki, "Nar 4G şəbəkəsi Bakı metropoliteninin fəaliyyətdə olan bütün stansiyalarının platformalarında ("Sahil istisna olmaqla) təmin edilib. Artıq "Nar abunəçiləri metro stansiyalarında saniyədə 225 Mbps-dək olan mobil internet sürətinin üstünlüklərindən faydalanmaq imkanı qazanacaqlar. "Nar öz şəbəkəsinin genişləndirilməsi, ən yeni və innovativ texnologiyaların tətbiqi, xidmət və məhsulların təqdimatı istiqamətindəki genişmiqyaslı işləri davam etdirəcəkdir.

"Nar LTE şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
"Azerfon şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice (High Definition Voice) xidmətini təqdim edib. "Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.