Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişi bu dəfə saxta pendirlərlə bağlı proqram tamaşaçılara təqdim edib.

Unikal.org xəbər verir ki, ölkəmizdə kifayət qədər saxta pendir məhsullarının olduğunu qeyd edən aparıcı Amil Xəlil pendirin tərkibinə vurulan inanılmaz maddələrdən söz açıb. Daha sonra bir neçə bazara üz tutan araşdırmaçı jurnalist pendir satışı ilə məşğul olanlardan gigiyenik sertifikatının olub-olmamasını soruşub. 
Qeyd edək ki veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır.
Çörəyimizə haram qatanlar barədə veriliş isə bu gün saat 19-55 də Space Tv-də yayımlanacaq.