Bu gün Bakının bəzi mərkəzi küçələrində suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar fevralın 9-da gün ərzində Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev, Natiq Əliyev, Əllədin Quliyev küçələrinə, Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.