ATV-nin prezidenti Azər Xəlilov kanala yeni vitse-prezidentin təyin edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, o, "Qafqazinfoya açıqlamasında qeyd edib ki, sözügedən vəzifəyə heç bir təyinat olmayıb:

"Qurban Səlimovun vitse-prezident postuna gətirilməsi ilə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil. Doğrudur, o, ATV-də işləyir, hazırda kanalın baş prodüseridir".