Azərbaycanlı gənc şair Emin Akif "facebook" səhifəsində müzakirələrə səbəb olan şərh paylaşıb.

Unikal.org -un məlumatına görə, gənc şair müsəlmanların müqəddəs kitabı Qurani-kərimi təhqir edib.

"Evimizdəki Quranın bir səhifəsini cırmışam, oturub gün sayıram ki, meymuna çevriləcəm, ya da ev başıma uçacaq... Qorxuram, - deyə Emin Akif qeyd edib.

Onun bu şərhini izləyicilər birmənalı qarşılamayıb.