Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində yerləşən və yeni konseptə uyğun olaraq açılan "Nar mağazası qəsəbə və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Unikal.org xəbər verir ki, özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator 8 fevral 2018-ci il tarixdə açılmış yeni mağazada təqdim etdiyi müxtəlif təkliflərlə "Nar istifadəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, "Nar bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidmətinin göstərilməsi məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır və bu prinsip mobil operatorun inkişaf strategiyasının ayrılmaz hissəsidir. Bu çərçivədə "Nar xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılmış və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı vermiş "Yerlim tariflər toplusunu təqdim edib. Bu tariflə hər bir kəs yaşadığı bölgədə doğmaları, dostları, bir sözlə, bütün yerlilərinə dəqiqəsi cəmi 1 qəpiyə zəng etmək fürsəti qazanıb.

Hazırda ölkədə 4 "Nar satış-xidmət mərkəzi və 76 "Nar diler dükanı fəaliyyət göstərir. Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: nar.az/map.