Türkiyənin Ankara şəhərində 50 vətəndaş təzə aldıqları Honda "Civic FC5 model avtomobilləri nasaz çıxdığı üçün aksiya keçiriblər.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sürücülər Kocaelinin Çayırova qəsəbəsində avtomobil satış salonu önündə aksiya təşkil ediblər.

Sürücülər iddia ediblər ki, avtomobilin sürət qutusunda problem var: "Biz avtomobillərin alınmasına 100 min lirə pul xərcləmişik. Məqsədimiz isə təzə avtomobil sürməkdir. Əgər bu avtomobil təmirə gedərsə bunun harası təzə oldu? Onun üçün biz Honda şirkətinin rəhbərliyindən bu avtomobilləri yenisi ilə əvəz olunmasını tələb edirik.

Hələlik Honda şirkətinin Türkiyə nümayəndəliyindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.