"Facebook digər istifadəçilərin şərhlərinə neqativ münasibət bildirmək imkanını verən yeni "downvote adlı düyməni test edir.

Unikal.org technote-yə istinadən xəbər verir ki, bir müddət öncə bəzi sosial şəbəkə istifadəçiləri "Facebook qrupları paylaşımlarında bu yeni düyməyə rast gəliblər.

"Facebook isə bu xəbərlərin yayılmasından sonra rəsmi olaraq bildirib ki, hazırda "dislike düyməsi üzərində çalışmır:

"Biz ictimai səhifələrin paylaşımlarındakı olan şərhlərin qiymətləndirilməsi imkanını verən funksiyanı müşahidə edirik. Bu test yalnız ABŞ-da kiçik istifadəçi kütləsi vasitəsilə aparılır - deyə şirkət bildirib.

"Downvote düyməsi hansısa paylaşımda olan bu və ya digər şərhin aşağı düşməsinə imkan verir. Nəticədə istifadəçilər onları çox az ehtimalda görəcəklər. Bu yeni funksiya sosial şəbəkədə təhqir, "trolling və s. kimi özəlliklərlə mübarizə aparmaq üçün düşünülüb.